Azərbaycanda müşavirə yüksək vəzifə verildi - FOTO

  • 11:46 - 13 Yanvar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

Avropa.info “oxu.az”a istinadən xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Əmrə əsasən, Elxan Mikayılov agentliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl AQTA sədrinin müşaviri vəzifəsində çalışıb. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl agentliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyinat almışdı.


Oxunma sayı: 419

Oxşar yazılar