Neftin qiyməti 57 dolları keçdi – Bahalaşma davam edir

  • 11:19 - 13 Yanvar

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Avropa.info xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1,33% artaraq 1 barelə görə 57,33 dollara yüksəlib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,18% artaraq 53,84 dollar təşkil edib.

Qeyd edək ki, "Brent" markalı neft sonuncu dəfə ötən ilin fevral ayında bu qədər bahalaşmışdı. 


Oxunma sayı: 3939

Oxşar yazılar