Dünyada koronavirusa yoluxanların sayı 566 mindən çox artıb

  • 10:00 - 13 Yanvar

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 566 mindən çox artıb.

Avropa.info bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 566 186 nəfər yeni koronavirusa yoluxub, 9 371 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 89 707 115, ölənlərin isə 1 940 352 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Oxunma sayı: 2509

Oxşar yazılar