İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlandı

  • 18:52 - 12 Yanvar

“Ötən il 100-dən çox daş karxanasının vəziyyəti qiymətləndirilib”.

Avropa.info virtualaz.org-a istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

O qeyd edib ki, qiymətləndirilmə aparılan bəzi daş karxanalarının fəaliyyətində kənaraçıxmalar qeydə alınıb: “Bunun üçün hüquqi addım atılıb”.

S.Qurbanov əlavə edib ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb: “Dronlar və yerli müşahidələr zamanı orada pozuntular aşkarlanıb. Məsələ barədə hüquq-mühafizə orqanlara müraciət edilib”. 


Oxunma sayı: 5083

Oxşar yazılar