Qazaxıstandan Qarabağdakı ermənilərə 1050 baş pulsuz qoyun

  • 17:06 - 12 Yanvar

Ermənistan mediası yazır ki, dekabr-yanvar aylarında Qazaxıstandan Qarabağdakı ermənilərə (Onlar "Artsax" yazır) 1050 baş qoyun idxal edilib.

Xəbərdə vurğulanır ki, idxal olunan mal, Əsgəran, Martuni və Martakert bölgələrinin fermerlərinə mal-qaranın 25% -nin yaxın gələcəkdə qaytarılması şərti ilə pulsuz olaraq verilib.

Sitat: "Geri qaytarılan mal-qara əkinçilərimizə pulsuz olaraq veriləcək. Bu il heyvandarlığın inkişafı proqramları sürət qazanacaq və heyvandarlıq populyasiyasının artırılmasına yönəldiləcək".

Xəbərin qaynağı kimi, qondarma və qanunsuz qurumun "İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyi" göstərilir.

musavat.com


Oxunma sayı: 31747

Oxşar yazılar