Rusiyanın Krım türklərinə qarşı çıxardığı qərara Ukraynadan etiraz: "Siyasi zülmün dəlilidir"

  • 13:52 - 12 Yanvar

Rusiyanın Rostov-na-Don şəhərindəki hərbi məhkəmə 3 Krım Tatar Türkünü terror ittihamı ilə 13 ildən 18 ilə qədər həbs cəzasına məhkum edib.

Avropa.info xəbər verir ki, Krım Həmrəylik Platformasının yaydığı açıqlamada məhkəmənin 3 nəfəri terror ittihamı ilə mühakimə etdiyi qeyd edilib.

Məhkəmənin qərarına əsasən, Ənvər Ömərov 18 il, Ayder Capparov 17 il, Rıza Ömərov 13 il həbs cəzasına məhkum edilib. Hər 3 şəxsin Rusiyanın 2019-cu ildə qanunsuz olaraq ilhaq etdiyi Krımda tutulduğu bildirilir.

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın 3 Krım Tatar Türkünü həbs etməsinə reaksiya verib.

Xarici İşlər Nazirliyinin açıqlamasında "bu insanların evlərinə 2019-cu ildə qanunsuz basqın edildiyi, bugünkü qərarın ədalətlə heç bir əlaqəsi olmadığı və bunun Krım Tatar Türk xalqına edilən siyasi zülmün dəlili olduğu" vurğulanıb.

Rusiyanın cəzanı ləğv etməsi və bu insanları dərhal sərbəst buraxılmasının vacibliyi bildirilən açıqlamada beynəlxalq ictimaiyyət Ukrayna vətəndaşlarına qarşı siyasi təqiblərə son qoyulması üçün Rusiyaya diplomatik və siyasi təzyiqləri artırmağa çağırılıb.


Oxunma sayı: 3015

Oxşar yazılar