ABŞ kəşfiyyatı sensasion hesabatı sızdırdı : Silahlı qruplar 50 əyalətdə dövlət binalarına hücum edəcək və...

  • 12:44 - 12 Yanvar

ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən hazırlanmış bir hesabatda Tramp tərəfdarı olan silahlı qrupların ölkənin 50 əyalətində konqres binalarına hücum edəcəkləri bildirilir. 

Avropa.info xəbər verir ki, bu haqda məlumatı FTB hesabatını əldə edən "ABC News" telekanalı yayıb. 

Məlumata görə, Co Baydenin inaqurasiya mərasimindən öncə ölkənin 50 əyalətində silahlı etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.  

"Bizdə olan məlumata görə, 10 yanvar tarixindən etibarən 16-20 yanvar tarixlərində 50 əyalət konqresində silahlı etiraz aksiyaları planlaşdırılır. Həmçinin, 17-20 yanvar tarixlərində Vaşinqtonda ABŞ Konqresində silahlı etirazlar olacaq", deyə telekanalın xəbərində bildirilir. 

Tramp tərəfdarları ABŞ Konqresinin binasına daxil olublar

 

Xatıladaq ki, ABŞ Konqresi 6 yanvarda Prezident Seçki Şurasının Səsverməsini təsdiqləmək üçün birgə iclasda toplaşarkən,Trampın tərəfdarları Ağ Evin qarşısında mitinq keçirdi. 

Mitinqə qatılan on minlərlə nümayişçi daha sonra Konqresə doğru gedərək, binaya girdi və polislə nümayişçilər arasında toqquşma baş verdi. Polislə etirazçılar arasında baş verən 4 saatlıq qarşıdurma nəticəsində bir polis məmuru olmaqla 5 nəfər öldü, 10-la şəxs yaralandı. 

Avropa.info


Oxunma sayı: 6678

Oxşar yazılar