Avropa Birliyi ölkəsindən Rusiya ilə birləşmə təklifi – Müxalif deputatların referendum təklifi ölkəni qarışdı

  • 11:12 - 12 Yanvar

Estonyadakı İslahatçıların Partiyasından üç deputat Rusiya ilə birləşməyi təklif edib. Avropa.info xəbər verir ki, bu təklif Avropa Birliyi ölkəsini qarışdırıb.

Keçmiş Sovet İttifaqı ölkəsi olan Estoniyanın Rusiyaya birləşməsi üçün referenduma gedilməsi təklifi parlamentdə irəli sürülüb. Bu təklif müxalifətdə olan İslahatçılar Partiyasından gəlib. Estoniyanın Baş naziri Jüri Ratas Facebook səhifəsində yaydığı paylaşımda ölkəsinin Rusiyaya birləşməsi üçün referenduma gedilməsinin mümkün olmadığını qeyd edib.

Estoniyanın müstəqilliyinin və suverenliyinin konstitusiyanın ilk maddəsi olduğunu vurgulayan Rates, “Bütün siyasi qüvvələr bu təklifi qınamalıdır", ifadəsini işlədib.

Müxalifdəki İslahatlar Partiyasından olan üç deputat ölkədə keçiriləcək referenduma Rusiya ilə birləşmə maddəsinin təklif etsə də, lakin sonradan bu təklif geri götürülüb.

Estonya parlamentinin sədri Henn Polluaas İslahatçılar Partiyası üzvlərinin bu təklifə görə ictimaiyyətdən üzr istəmələrini tələb edib. 


Oxunma sayı: 3620

Oxşar yazılar