BAXCP-də yeni təyinat – Tanınmış jurnalist sədr müavini oldu

  • 23:12 - 11 Yanvar

Tanınmış jurnalist Əli Həziquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini vəzifəsinə təyin edilib. 

Avropa.info xəbər verir ki, Əli Həziquliyev BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələrinə məsul olacaq.

Qeyd edək ki, Əli Həziquliyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, "Elçi” qəzetinin və eyni adlı saytın baş redaktorudur.

BAXCP-nin ilk qurultayından partiyanın sıralarında təmsil olunur. Daha əvvəllər BAXCP Ali Məclisinin və İdarə Heyətinin üzvü olub.


Oxunma sayı: 3059

Oxşar yazılar