Türkiyə böyük müjdəni verdi : Dünyanı heyrətləndirən "Bayraktar AKINCI" pilotsuz təyyarə gəlir - ABŞ F-16-larına alternativ olacaq (FOTO)

  • 13:55 - 11 Yanvar

Türkiyə Müdafiə Sənayesi başqanı İsmail Dəmir, "Baykar" şirkəti tərəfindən yerli və milli imkanlarla istehsal edilən "AKINCI" PUA-nın ilk tədarükünün bu il ediləcəyi müjdəsini verib.

Avropa.info xəbər verir ki, İsmail Dəmir 2021-ci ilin PUA istehsalında Türkiyə üçün önəmli bir il olacağını bildirib. 

"2021-ci ildə ilk tədarüklər "AKINCI" PUA-larla olacaq. "Aksunqur" PUA-ların kütləvi istehsalı davam edəcək, "Atak Faza" 2-nin tədarükü başlayacaq. "Hisar-O"-nun sınaqları tamamlanacaq. İlk milli gəmi əleyhinə raket "Atmaca", tank əleyhinə yeni silah "Karaok"nun ilk tədarükü bu il ediləcək. "Altay" tanı üçün hazırlanmış Batu tank mühərrikinin ilk prototipi və yeni nəsil  yüngül zirehli nəqliyyat vasitələri üçün hazırlanmış UTKU mühərriki və ötürülməsinin ilk prototipi bu il idarə ediləcək", deyə Dəmir qeyd edib. 

Qeyd edək ki, Səlçuk Bayraktar tərəfində kəşf və istehsal edilən "AKINCI" PUA indiyədək heç bir PUA-da olmayan özəlliklərə sahibdir. 24 saat havada qala bilən və 40 min fut xidmət tavanına sahib olan "Bayraktar AKINCI", qanadlı raketlər atma qabiliyyətinə malikdir. İnsan gözü ilə aşkar edilə bilməyən quru hədəfləri aşkar edə bilən süni zəka sistemi, "AKINCI"-nın daha təsirli istifadəsinə səbəb olacaq. "Bayraktar AKINCI" PUA 2 ədəd 450 gücündə turboprop motor ilə göy üzünə qalxır. 

"Bayraktar AKINCI"  EO/IR kamera, ASELSAN tərəfindən stehsal olunan AESA radar, Beyond Line Sight (peyk) bağlantısı və elektron dəstək sistemləri kimi kritik yükləri daşıyacaq süni zəka xüsusiyyətlərinə sahibdir. Bundan əlavə, PUA sensorlardan və kameralardan aldığı məlumatları sahib olduğu 3 süni intellekt kompüteri ilə qeyd edərək məlumat toplaya biləcək. 

“Baykar Holdinq” tərəfindən istehsal edilən “Akıncı” pilotsuz təyyarələri 12 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir.“Akıncı” dronları TÜBİTAK SAGE və ROKETSAN şirkətləri tərəfindən istehsal edilən MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, Kiti-MK-82 döyüş sursatları, SOM qanadlı raketi, “Gökdoğan” və “Bozdoğan”, kimi müxtəlif çeşidli “ağıllı” bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırıla bilir. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edə, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiya içərisində olur.

Avropa.info


Oxunma sayı: 28689

Oxşar yazılar