Bankın iflasına səbəb olanlar məsuliyyətə cəlb ediləcək - YENİ QANUN

  • 19:22 - 10 Yanvar

Banklarla bağlı yeni qanun hazırlanır.

Hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, yeni qanun qüvvədə olan qanundakı boşluqlar nəzərə alınmaqla hazırlanıb.

Belə ki, mövcud qanunvericilikdə hansısa bankın iflasa səbəb olmasına görə, bank idarəediciləri məsuliyyətə cəlb olunmur. Əhaliyə dəyən ziyan isə dövlət tərəfindən kompensasiya edilir.

Mənbə bildirir ki, yeni qanunla bankın idarəediciləri bankın iflasına səbəb olduqlarına görə məsuliyyətə cəlb olunacaqlar.

Həmçinin, qanun banklara nəzarətin gücləndirilməsi, bank fəaliyyətində şəffaflığın artırılması, insanların bank hesabatlarını görə bilməsi, banklara inamın artırılmasını özündə ehtiva edir. Hazırda hökumət bunun üzərində işləyir. Layihənin yaxın vaxtlarda Milli Məclisə daxil olacağı gözlənilir.


Oxunma sayı: 4214

Oxşar yazılar