"Bu oyun təxirə salınmalı idi" - Zidan

  • 21:19 - 10 Yanvar

"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 18-ci turunda "Osasuna" ilə qolsuz bərabərə qaldıqları səfər oyununu şərh edib.

Avropa.info xəbər verir ki, o deyib ki, pis hava şəraitinə görə bu görüş təxirə salınmalı idi:

"Pis iş gördük, amma belə bir meydanda əlimizdən gələni etdik. Bu, futbol deyildi. Madridə nə vaxt qayıdacağımızı da bilmirik.  Bu matç təxirə salınmalı idi, amma artıq gecdir. Oyun üçün şərtlər uyğun deyildi".

Xatırladaq ki, İspaniyada qar fırtınası səbəbindən matçın keçirildiyi yerə ciddi ziyan dəymişdi.


Oxunma sayı: 12024

Oxşar yazılar