Göygöldə şəhid ailələri ziyarət edilib

  • 17:47 - 09 Yanvar

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, qazilərə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, görüşdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğu bildirilib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.


Oxunma sayı: 1981

Oxşar yazılar