Türkiyənin yeni istehsal etdiyi ən böyük PUA-sı gəlir: "Uçan silah anbarı" ləqəbli "Aksunqur" PUA - FOTO

  • 00:54 - 08 Yanvar

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal olunan “Aksunqur” PUA-nın ilk olaraq Türkiyənin hansı hərbi qüvvəsinə nə vaxt təhvil veriləcəyi maraq mövzusu olub. 

Avropa.info xəbər verir ki, hərbi sənaye sahəsi üzrə ekspert Hakan Kılıç məsələ ilə bağlı şərhlər verib.

 TUSAŞ direktoru Təməl Kotilin bir neçə gün əvvəl verdiyi “2020-ci ildə “Aksunqur” praktiki olaraq başa çatıb, kütləvi istehsalına başlanılıb. İnşallah yaxın vaxtlarda beş ədəd “Aksunqur”un istehsalı başa çatacaq və Türkiyə ordusuna təhvil veriləcək” açıqlaması Türkiyə mətbuatında böyük əks-səda yaratmışdı. 

Bəs ilk mərhələdə təhvil veriləcək “Aksunqur”ları hansı hərbi qüvvələr istifadə edəcək? Haqqında bəhs edilən platforma balansı necə dəyişdirəcək? 

AKSUNGUR' yeni rekor için gün sayıyor | Defence and Technology

Hərbi ekspert Hakan Kılıç MALE tipli PUA-lar sinfindən olan “Aksunqur”un eynən ANKA kimi yüksəklik həddi, havada qalma müddəti və faydalı yük həcmi kimi parametrlərinə görə daha çox Hərbi Hava Qüvvələrinin ehtiyaclarına cavab verəcək PUA olduğunu xatırladıb. 

“Çünki, 12 MAM-L sursatı və tam silahlı halda 28 saat, silahsız PUA kimi 55 saat havada qala bilən “Aksunqur” hava qüvvələri baxımından kritik əhəmiyyətə malik olacaq. Bununla yanaşı, MK-81/82 bombaları kimi sursatların TEBER lazer tuşlama dəstəyi ilə inteqrasiyası başa çatıb” – ekspert deyib. 

Kılıça görə, “Aksunqur”un ilkin mərhələdə Hərbi Dəniz Qüvvələrinə verilməsi ehtimalı da böyükdür: “Hazırda Türkiyə PUA-larının (ANKA-B/S, TB-2) Egey dənizi üzərində saatlar boyu uçmasına cavab olaraq Yunanıstanın qaldırdığı F-16 təyyarələri havada sadəcə 2-3 saat qala bilir. Bu vəziyyət Yunanıstan üçün çox böyük maliyyə və texniki problem yaradır. Kəşfiyyat-nəzarət və müdafiə vəzifələri baxımından vəziyyət Yunanıstanın əleyhinə dəyişir. Məhz bu üzdən Yunanıstan əlindəki turboprop motorlu T-6A təlim təyyarələrinin bir qismini silahlandırdı və Türkiyə PUA-larına qarşı uçuşları bunlarla həyata keçirməyi planlayır”.

Avropa.info


Oxunma sayı: 31032

Oxşar yazılar