Azərbaycanda yüksək vəzifəyə YENİ RƏHBƏR TƏYİNATI

  • 11:47 - 06 Yanvar

Hesablama Palatasında yeni təyinat olub.

Hesablama Palatasından Avropa.info-ya verilən məlumata görə, elan edilmiş daxili müsahibədən müvəffəqiyyətlə keçmiş Nəsir Sadıqov Hesablama Palatası Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, N.Sadıqov Hesablama Palatasında əmək fəaliyyətinə 2009-cu ildən başlamış, 2016-cı ildən isə Hüquqi təminat və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.


Oxunma sayı: 6227

Oxşar yazılar