Bu fəaliyyətlə məşğul olan sahibkarlara müəyyən güzəştlər ediləcək - VİDEO

  • 11:21 - 06 Yanvar

Aİ-92 markalı benzinin və dizelin qiymətinin artması ictimai nəqliyyatda gedişhaqlarına təsir etməyəcək.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymətlər dəyişməyəcək. Hazırda bu məsələ gündəmdə deyil.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən də bildirilib ki, rayonlar və şəhərlərarası sərnişindaşımada da qiymət artımı olmayacaq. Bu fəaliyyətlə məşğul olan sahibkarlara müəyyən güzəştlər ediləcək.

Taksilərdə süni qiymət artımına yol verilməməsi üçün isə nəzarət tədbirləri gücləndiriləcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də "Xəzər Xəbər"ə bildirildi ki, bu nəqliyyat növündə gedişhaqqının artırılması hazırda gündəmdə deyil.

Avropa.info xezerxeber.az-a istinadən mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Oxunma sayı: 4566

Oxşar yazılar