Rumıniya Cənub Qaz Dəhlizinin tərkib hissəsi olmaq niyyətindədir

  • 11:19 - 04 Yanvar

Türkmənistan təbii qaz tədarükçüsü olaraq Cənub Qaz Dəhlizi layihəsinə vacib töhfə verə bilər.

Avropa.info bildirir ki, bunu Trend-ə Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir:

"Azərbaycan qazı layihə üçün əsas tədarük mənbəyi olsa da, növbəti mərhələlərdə Türkmənistan, Yunanıstanın mayeləşdirilmiş təbii qaz terminalları kimi tədarük mənbələri də nəzərdən keçiriləcək".

Nazirlikdən bildiriblər ki, Trans-Xəzər qaz kəməri layihəsi Avropa Komissiyasının maraq dairəsinə daxil olan layihə kimi strateji status qazanıb:

"Rumıniya əvvəldən Cənub Qaz Dəhlizini dəstəkləyib və gələcək mərhələlərdə bu infrastrukturun bir hissəsi olmaqda və nəql olunacaq qaza çıxış əldə etməkdə maraqlıdır".


Oxunma sayı: 3840

Oxşar yazılar