Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu

  • 21:00 - 03 Yanvar

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub.

Avropa.info xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.

Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalibi 60 000 ABŞ dolları gözləyir.

Qeyd edək ki, Teymur Rəcəbov dünən birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.

 


Oxunma sayı: 5666

Oxşar yazılar