Pakistanda kömür şaxtasının işçiləri oğurlanaraq güllələnib, yaralılar var

  • 15:22 - 03 Yanvar

Pakistanın Bəlucistan əyalətində kömür şaxtasında baş verən atışma zamanı azı on bir işçi həlak olub, daha üç nəfər yaralanıb.

Bu barədə yerli hakimiyyətə istinadən "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, naməlum şəxslər şənbə günü gecə yarı şaxtanın işçilərini oğurlayaraq güllələyiblər.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.

Qeyd edilir ki, hadisə ilə bağlı təhqiqat aparılır. Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.(report)


Oxunma sayı: 3972

Oxşar yazılar