Argentinada 25 yaşlı futbolçu özünü Maradonanın qızı elan etdi - Foto

  • 23:45 - 31 Dekabr

Argentinanın 25 yaşlı futbolçusu Yevgeniya Laprovittola özünü əfsanəvi futbolçu, ölkə yığmasının və "Barselona" klubunun sabiq oyunçusu Dieqo Maradonanın qızı elan edib.

İdmançı Maradonanın onun atası olduğunu sübut etmək üçün artıq məhkəmədə iddia da qaldırıb. Jurnalist Luis Venturanın sözlərinə görə, Maradona ölümündən əvvəl Laprovittolanın arzusu barədə xəbərdarlıq edilib.

Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun ölümünə ciyərlərindəki kəskin şiş səbəb olub. Maradona rəsmən beş övad atasıdır. İndi argentinalının bir neçə tanınmamış varisi onunla qohumluğunu sübut etməyə çalışır.

Dieqo Maradona İspaniyanın "Barselona", İtaliyanın “Napoli” və Argentinanın "Nyuella Old Boys” komandalarındakı çıxışları ilə məşhurdur. Futbolçu 1986-cı ildə Argentina yığmasının heyətində dünya çempionu olub. O, idman tarixində ən böyük futbolçulardan biri hesab edilir.


Oxunma sayı: 13454

Oxşar yazılar