Azərbaycan 11 ayda 56 milyon dollarlıq polipropilen ixrac edib

  • 20:50 - 30 Dekabr

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 56,3 milyon ABŞ dolları dəyərində ilkin formatlarda polipropilen ixrac edib. 

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 3,1 milyon ABŞ dolları və yaxud 5,3 % azdır. 

Qeyd edək ki, polipropilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.


Oxunma sayı: 3554

Oxşar yazılar