Evi tərk edən daha 15 COVID-19 xəstəsinə cinayət işi açıldı

  • 10:47 - 29 Dekabr

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 28-də respublika ərazisində 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.


Oxunma sayı: 3785

Oxşar yazılar