ABŞ-da həbsxanada atışma olub, ölən və yaralanan var

  • 23:12 - 28 Dekabr

ABŞ-ın Corciya ştatının Devisboro şəhərindəki həbsxananın ərazisində baş verən atışma nəticəsində bir nəfər öldürülüb, daha bir nəfər yaralanıb.

Bu barədə “Fox News” telekanalı bildirib.

Hadisə bazar ertəsi gecə yarısı, cəzaçəkmə müəssisəsinin iki keşikçisinin həbsxananın ətrafında iki naməlum şəxsin məhbuslara qaçaqmalı verməyə çalışarkən baş verib. Bu zaman onların arasında atışma olub. Nəticədə bir keşikçi yaralanıb, cinayətkarlardan isə biri öldürülüb.

Hadisənin ikinci iştirakçısı saxlanılıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.

Fakt üzrə araşdırma başlayıb.(report)


Oxunma sayı: 4071

Oxşar yazılar