Azərbaycanda ilin ən yaxşı komandası müəyyənləşib

  • 15:34 - 28 Dekabr

Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb. 

Apasport.az saytının məlumatına görə, il ərzində 2019/20 mövsümünün 6, 2020/21 mövsümünün 13 turu keçirilib. 

19 turda ümumilikdə 75 oyun baş tutub. Keçirilən matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıbsa, 22 görüşdə heç-heçə qeydə alınıb.

2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox – 37 xal toplayıb. Qurban Qurbanovun yetirmələri cəmi 1 dəfə uduzduğu ildə hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda – 10 qələbəsi olan “Neftçi” 36 xal yığıb. 3-cü sırada qərarlaşan “Zirə” “ağ-qaralar”dan 10 xal geridədir.

1Qarabağ18107141-10 37 
2Neftçi19106326-17 36
3Zirə1975723-29 26
4Səbail1856720-22 21
5Qəbələ1956824-31 21
6Sabah19631018-26 21
7Sumqayıt1956822-32 21
8Keşlə1955922-29 20

Oxunma sayı: 4522

Oxşar yazılar