"Müharibə başlayandan bir neçə gün sonra Ermənistan ordusu qaçmağa başladı..." - "Le Monde" Azərbaycanın Qarabağ zəfəri və möhtəşəm "Bayraktar" PUA-ları haqda

  • 14:35 - 26 Dekabr

İki keçmiş sovet respublikası - Ermənistan və Azərbaycan arasında müharibəyə səbəb olmuş kiçik Dağlıq Qarabağ regionu sonda geosiyasi radarlardan itdi. Lakin, 1994-cü ildə atəşkəsin əldə edilməsindən 26 il sonra, regionda savaş yenidən alovlandı və baş verənlər hərbi ekspertləri hələ də düşündürür.

Avropa.info xəbər verir ki, bu ifadələr Fransanın "Le Monde" qəzetinin Qarabağda Azərbaycanın şanlı qələbsi ilə nəticələnən 44 günlük müharibəyə həsr olunmuş analitik yazısında qeyd olunur. Qəzetin yazısında Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-larından xüsusilə bəhs edilir.

Katarlılar da hayran kaldı: Bayraktar SİHA'lar Rusları yerle bir etti -  DÜNYA Haberleri

"Altı həftədən az müddətdə hər şey dəyişdi. 27 sentyabrda başlayan silahlı toqquşmalar erməni qüvvələrinin məğlub olması və Moskvanın 10 noyabr Moskva sazişinin imzalanması ilə nəticələndi. 1994-cü ilə qədər Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın bütün əraziləri Azərbaycanın nəzarəti altına qayıtdı və azsaylı ermənilərin anklav ərazi də eyni aqibətə çox yaxın idi. Yalnız Rusiya qüvvələri belə bir ssenarinin qarşısını aldı", deyə "Le Monde" qeyd edir.

Qəzet yazır ki, bu vaxta qədər Ermənistan ordusunun daha döyüşə hazırlıqlı və effektiv olması ilə bağlı yanlış rəy mövcud olub.

"Azərbaycan son illər ərzində heyrətamiz müasir hərbi arsenala sahib olmaqla yanaşı, Türkiyənin dəstəyi və hərbi təlimləri ilə əməliyyata hazırlaşmışdı. Müharibənin başlanmasından 11 ay öncə, rəsmi Bakı 6 "Bayraktar TB2" PUA-sı da daxil olmaqla  Türkiyədən 256 milyon dollarlıq müasir silah aldı. Nəticədə Azərbaycan, Türkiyənin Suriya və Liviyada tətbiq etdiyi texnoloji nailiyyətlərdən və təcrübədən istifadə edə bildi”. 

Qəzet yazır ki, 2016 və 2020-ci illər arasında Türkiyə öz müasir hərb texnalogiyası ilə NATO və ABŞ-dan kənarda misilsiz bir həcmdə əməliyyatlar apardı. Ankara, Türkiyə və Suriya ordularının qarşılaşdığı  "Bahar Qalxanı" adlı hərbi əməliyyat həyata keçirdi.

"2020-ci ilin martında Türkiyənin müasir hərb texnalogiyası kəmiyyət baxımından ilk dəfə nizami orduya, onun zirehinə, artilleriya və hava hücumundan müdafiə sistemlərinə, artilleriya, elektron tıxac sistemlərinə və xüsusi qüvvələrə qarşı ilk dəfə əməliyyat həyata keçirdi. Üç gecədə Əsəd ordusu 124 tank və zirehli texnika itirdi. Türklər PUA-larla Əsəd ordusunun qərargahlarını, silah-sursat anbarlarını və təchizat xətlərini məhv etdi. Zəifləmiş Bəşər Əsəd ordusu Dağlıq Qarabağdakı Ermənistan ordusu ilə müqayisə edilə bilməsə belə, eyni ilə texnoloji geriliyin və eyni mənfi cəhətlərin əziyyətini çəkdi: Sovet dövründəki texnika, hava dəstəyinin olmaması, onu "kor" edən elektron müharibə vasitələrinə müqavimət göstərə bilməməsi və insansız hava vasitələrinin təhdidi. Dağlıq Qarabağda cəmi bir neçə gün lazım gəldi ki, erməni ordusu qaçmağa başlasın. Türkiyənin istehsal etdiyi dronlar praktiki olaraq döyüş aviasiyasının yerin yetirdiyi vəzifəni yerinə yetirdi. Onlar əhali arasında xof yaratdı, böyük canlı qüvvə və texnika itkisinə səbəb oldu”, deyə fransız qəzetinin dərc etdiyi yazıda bildirilir.

Avropa.info


Oxunma sayı: 22023

Oxşar yazılar