Hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə veriləcək məbləğ açıqlandı – VİDEO

  • 16:53 - 23 Dekabr

"Sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə aylıq 360 manat veriləcək".

Avropa.info xəbər verir ki, bu sözləri Xəzər TV-nin “Birinci Studiya” verilişinin qonağı olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

O bildirib ki, hərbçilərə hər ay üçün 360 manat ödəniləcək: "Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb.

Dekabrdan sonra da hərbi xidmətini davam etdirən hərbçilərə hər ay üçün 360 manatın ödənilməsi davam etdiriləcək".


Oxunma sayı: 30944

Oxşar yazılar