“Foreign Affairs”: “Qarabağda 5 milyon dollarlıq Türkiyə silahı 300 milyon dollarlıq S-300 komplekslərini məhv etdi”

  • 15:27 - 22 Dekabr

ABŞ-ın “Foreign Affairs” jurnalı özünün iternet səhifəsində Qarabağda gedən 44 günlük müharibə zamanı Azərbaycan ordusunun pilotsuz sistemləri necə uğurla tətbiq etdiyi haqda yazıb. Məqalədə Azərbaycanın Türkiyədən aldığı “Bayraktar TB2” zərbə pilotsuz təyyarəsinin tətbiqinin müharibənin gedişatına təsiri barədə bəhs edilir.

“5 milyon dollar dəyərindəki Türk silahı (Bayraktar TB-2 zərbə pilotsuz aparatının bazar dəyəri 5 milyon dollardır,-red.)  Qarabağda 300 milyon dəyərindəki Rusiya silahını məhv etdi”,-jurnal Qarabağda Ermənistan ordusunun məhv edilmiş və dəyəri 300 milyon dollara yaxın olan S-300 zenit-raket diviziyonuna işarə ilə yazır. Bildirilir ki, Türkiyənin zərbə pilotsuz təyyarələri daha əvvəl Suriya və Liviyadakı hərbi əməliyyatların da gedişini dəyişdirmişdi.

 

“Azərbaycan müharibə zamanı 1940-cı illərdə istehsal edilmiş yüngül AN-2 təyyarələrini də pilotsuz təyyarə kimi havaya qaldıraraq  Ermənistan qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin yerini aşkarladı, daha sonra həmin sistemləri PUA-lar məhv etdi”,-məqalədə bildirilir.

Xatırladaq ki, Azərbaycan ordusunun Qarabağdakı müharibə təcrübəsini dünyanın aparıcı ölkələrinin müdafiə nazirlikləri və hərbi mütəxəssisləri təhlil etməkdədir. Bir çox ölkələr bu təcrübə əsasında silahlanma konsepsiyasını dəyişdirməyə hazırlaşır.

Virtualaz.org


Oxunma sayı: 18437

Oxşar yazılar