İslam İnkişaf Bankı kapitalını artırıb

  • 20:55 - 21 Dekabr

İslam İnkişaf Bankının (İİB) idarə heyətinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasında bankın kapitalının daha 8 milyard dollar artırılması barədə qərar qəbul edilib. Beləliklə, İİB-in nizamnamə kapitalı 80 milyard 170 milyon dollara çatdırılıb. 

Avropa.info xəbər verir ki, Azərbaycanın 1992-ci ildən əməkdaşlıq etdiyi və bir çox birgə layihələr həyata keçirdiyi İİB-in prezidenti Bəndər Həccar idarə heyətinin iclasında bu böyük maliyyə qurumunun ötən il Məkkədə keçirilən İslam ölkələrinin Zirvə görüşündə qəbul edilmiş qərarlara uyğun olaraq yeni layihələri maliyyələşdirəcəyini qeyd edib. Onun sözlərinə görə, həmin tədbirdə bankın kapitalının artırılması da tövsiyə edilmişdi. 

İİB-in rəhbəri bankın fəaliyyətinə göstərdikləri dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinə təşəkkürünü bildirib. 

 


Oxunma sayı: 4863

Oxşar yazılar