Gələn il üçün Azərbaycanda yaşayış minimumu müəyyənləşdi

  • 14:46 - 21 Dekabr

Gələn il üçün Azərbaycanda yaşayış minimumunun məbləği açıqlanıb.

Avropa.info xəbər verir ki, bu, 2021-ci il dövlət büdcəsinin layihəsində əksini tapıb.

Bildirilib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.


Oxunma sayı: 8526

Oxşar yazılar