Əfqanıstanda millət vəkilinə qarşı sui-qəsd olub

  • 14:27 - 20 Dekabr

Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti terror aktı törədilib.

Bu barədə “Tolo News” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, partlayış Spin Kalay meydanında baş verib. Hücumun hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub.

“Pajvak” agentliyinin verdiyi məlumata görə, millət vəkili yaralanıb. Terror hücumu nəticəsində doqquz nəfər ölüb, iyirmi nəfər xəsarət alıb.

İndiyə qədər heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.(report)


Oxunma sayı: 3620

Oxşar yazılar