Paşinyanın parlamentdəki tərəfdarları sürətlə azalır - Karapetyan da mandatından imtina etdi

  • 00:52 - 19 Dekabr

"Mən də mandatımdan imtina etməyə qərar verdim". 

Avropa.info xəbər verir ki, bunu Ermənistan baş nazir Nikol Paşinyanın lideri olduğu hakim "Mənim addımım" fraksiyasının deputatı Tiqran Karapetyan "facebook" səhifəsində yazıb. 

"Güclü hərbi sənayeyə sahib olacağımıza inanmaqda davam edirəm və mənim həyatımın mənası bunda olacaq. Bizim ümidsizliyə haqqımız yoxdur. Özümüzdə güc tapmalı və yaşamalıyıq", deyə Karapetyan qeyd edib.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasından sonra Paşinyanın 6 nəfər tərəfdarı mandatından imtina edib.


Oxunma sayı: 4324

Oxşar yazılar