Türkiyədə bir gündə 246 nəfər koronavirusdan ölüb

  • 23:45 - 18 Dekabr

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 246 nəfər ölüb. Bu, Türkiyədə COVID-19-dan sutkalıq ölümə görə ən yüksək göstəricidir. 
 

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 205 809 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 26 410 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. 

Bu gün sağalan xəstə sayı 31 945 olub. Ağır xəstə sayı dünənlə müqayisədə 96 nəfər azalaraq 5707 olub. 

 


Oxunma sayı: 9890

Oxşar yazılar