Ərdoğanla Merkel videokonfrans formatında görüşüblər

  • 23:27 - 18 Dekabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin videokonfrans formatında görüşü olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Videokonfransda liderlər iki ölkə arasındakı və Türkiyə-Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrlə bağlı müzakirə aparıblar. Türkiyənin Aİ ilə əlaqələrinin yenidən bərpa olunmasına tərəfdar olduğunu vurğulayan R.T.Ərdoğan A.Merkelin Aİ çərçivəsində ölkəsinə verdiyi dəstəklərlə əlaqədar təşəkkürünü bildirib.(apa)


Oxunma sayı: 3818

Oxşar yazılar