ABŞ-da “Moderna” kompaniyasının koronavirusa qarşı peyvəndinə lisenziya verilib

  • 23:10 - 18 Dekabr

ABŞ administrasiyası “Moderna” kompaniyasının hazırladığı koronavirus əleyhinə vaksinin paylanmasına başlayır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb. “Moderna” kompaniyasının vaksini böyük səs çoxluğu ilə təsdiq olunub. Ləngimədən preparatın paylanmasına başlanacaq”, - deyə Donald Tramp bildirib. O əlavə edib ki, Avropa və dünyanın digər dövlətləri, xüsusən Almaniya, Fransa, İspaniya və İtaliya virusundan ciddi zərər çəkib. Vaksin artıq yoldadır.

Qeyd edək ki, bir qədər öncə ABŞ-ın qida məhsullarının və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət üzrə idarəsinin (FDA) ekspertlər qrupu “Moderna” kompaniyasının hazırladığı vaksinin təcili istifadəsinə icazə verilməsini tövsiyə edib.

“Bloomberg” agentliyinin məlumatına əsasən, 20 ekspert peyvəndin tətbiqinə səs verib, bir nəfər bitərəf qalıb, əleyhinə çıxan olmayıb.


Oxunma sayı: 2993

Oxşar yazılar