Somalidə stadionda partlayış olub, 3 yüksək rütbəli zabit ölüb

  • 22:35 - 18 Dekabr

Somalinin mərkəzi Qalkayo şəhərindəki stadionda güclü partlayış baş verib.

Bu barədə yerli “Goobjoog News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, ölənlər arasında üç yüksək rütbəli hərbçi var – Qalkayodakı “Danab” xüsusi təyinatlı qüvvələrinin elit briqadasının komandiri general Muxtar, onun müavini general Marşo və 21-ci zərbə diviziyasının komandiri general Koce Daqari də var. Partlayış ölkənin baş naziri Məhəmməd Hüseyn Roblun stadiona gəlişindən bir qədər əvvəl qeydə alınıb.

Federal hökumətin başçısı Abdullah İssa adına stadionda çıxış etməli idi. Baş nazir qarşıdan gələn parlament və prezident seçkiləri ilə əlaqədar səfərlər edir.(apa)
 


Oxunma sayı: 2894

Oxşar yazılar