Paşinyanın bu tarixdə gecə saatlarında istefa verəcəyi iddia edilir - "Paşinyan istefasını teatrlaşdırılmış şəkildə..."

  • 00:59 - 18 Dekabr

Ermənistanın baş naziri Nikol Paşinyan 31 dekabr Yeni il mesajında ​​istefasını elan edə bilər.

Avropa.info xəbər verir ki, bu haqda erməni mətbuatı məlumat yayıb.

İddiaya görə, Paşinyan 31 dekabrda Yeni il mesajı verərkən istefasını və növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edəcək.
 

Bu məlumatın rəsmi təsdiqi və ya təkzibi olmayıb.

Xatırladaq ki, dekabrın 13-də baş nazirin mətbuat katibi Mane Gevorgyan bir sıra Telegram kanallarından Paşinyanın istefa etdiyi barədə xəbərləri təkzib etmişdi. 

Erməni jurnalist Armen Qasparyan "Vestnik Kavkaz"a verdiyi açıqlamada, Nikol Paşinyanın 1 yanvar gecəsi istefasının tamamilə mümkün olduğunu deyib. 

"Ermənistanda çox kəskin daxili siyasi böhran var və yeni bir baş nazir təyin etmək mümkün olmadığı təqdirdə erkən parlament seçkilərinin keçirilməsi qarşıdurmanın şiddətini azalda bilər. Paşinyan, göründüyü kimi, bunu mümkün qədər teatrlaşdırılmış şəkildə tənzimləmək istəyir, bu səbəbdən də 31 dekabrdan 1 yanvar gecəsinə keçən gecədə istefa verəcəyi haqda xəbərlər sızır. 

Lakin, Ermənistanın problemi budur ki, Paşinyanın əvəzinə baş nazir ola biləcək isimlər strateji perspektivə malik deyillər.İndi hər şeyi sıfırdan qurmaq lazımdır və Vazgen Manukyanın sadəcə yaşına görə bunu edə biləcəyinə böyük şübhələrim var",deyə erməni jurnalist qeyd edib.

Avropa.info


Oxunma sayı: 4115

Oxşar yazılar