DİN: Daha 28 nəfər COVID-19 xəstəsinə cinayət işi başlanıb

  • 17:01 - 17 Dekabr

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Dekabrın 16-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Onlardan 42 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar, 5 nəfərin xəstəxanaya yerləşdirilməsi təmin edilib.

28 nəfər barəsində cinayət qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanılıb.

Respublikanın rayon və şəhər polis idarəslərində fakt üzrə başlanılan cinayət işləri davam etdirilir.


Oxunma sayı: 4929

Oxşar yazılar