Ödəmə terminalından 3 438 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini saxlanılıb

  • 19:27 - 16 Dekabr

Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə,  Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-nə keçən gecə rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 3 438 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini M.Lətifov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.


Oxunma sayı: 4093

Oxşar yazılar