Rusiya XİN: Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesi davam edir

  • 18:00 - 16 Dekabr

“Hərbi əsirlərin dəyişdirilməsi prosesi davam edir”.

Avropa.info apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, bir müddət əvvəl Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əsirlərin mübadiləsinin baş tutduğunu xatırladıb.

M. Zaxarova əsirlərin mübadiləsi prosesinin davam etdirildiyini söyləyib.


Oxunma sayı: 2718

Oxşar yazılar