"ABŞ-ın prezidenti yenə də Donald Tramp olacaq" - Ağ Evin keçmiş milli təhlükəsizlik müşavirindən sensasiyalı açıqlama

  • 13:19 - 16 Dekabr

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn, prezident Donald Trampın 20 yanvardan sonra da Ağ Evdə olacağına inandığını deyib.
 

Avropa.info xəbər verir ki, "Fox News"-a danışan Flynn, Tramp komandasının açdığı məhkəmə proseslərinə toxunaraq, ABŞ prezidentinin ikinci dövr üçün bir çox yolunun olduğunu söyləyib.

"Hər şeydən əvvəl Trampın çox yolu var. Növbəti prezident kim olacaq sualına 1-dən 10-a qədər bal verməmi istəyirsinizsə, 10 balla Donald Tramp deyərdim. Məhkəmələr ABŞ-ın növbəti prezidenti kim olacağına qərar vermir. Biz insanlar müəyyənləşdiririk", deyə Michael Flynn bildirib.


Oxunma sayı: 9780

Oxşar yazılar