Azərbaycanla Türkiyə arasında yeni xətt : İğdır-Naxçıvan qaz boru kəməri inşa edilir- İmzalar bu gün atılacaq

  • 13:33 - 15 Dekabr

Azərbaycanın Dağlıq Qarabağda əldə etdiyi tarixi zəfər sonrası bölgədə Türk Dünyasının xeyrinə dəyişən tarazlıq Türkiyə ilə Azərbaycanın enerji sahəsində atacağı strateji addımla gələcəyə daşınacaq. Türkiyə ilə Azərbaycan arasında yeni qaz xətti inşa ediləcək. Qarabağın işğaldan azad olunmasının ardından Naxçıvanın qaz ehtiyacı İğdır-Naxçıvan qaz boru kəməri ilə təmin olunacaq. 

Avropa.info xəbər verir ki, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib.

İddiaya görə, layihəni BOTAŞ və SOCAR birgə aparacaq. Qaz boru xətti qurulması sazişi iki ölkənin enerji nazirləri arasında imzalanacaq. 

"Sabah" qəzetinin yazdığına görə, Azərbaycan Enerji naziri Pərviz Şahbazovla Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz bu gün Türkiyə vaxtı ilə saat 16:00-da "Naxçıvan Muxtar Respublikasına Təbii Qaz Tədarükünə Dair Anlaşma Memorandumu" imzalayacaq. 

Müqavilə ilə Türkiyənin İğdır vilayətindən Naxçıvan Muxtar Respublikasına təbii qaz tədarükü təmin olunacaq. 

500 min əhalisi və illik təbii qaz istehlakı yarım milyard kubmetr olan Naxçıvana təbii qaz İran vasitəsi ilə çatdırılırdı.Qarabağın işğaldan xilası ilə birlikdə Naxçıvanın da fasiləsiz qaz təminatına nail olması üçün imzalanacaq müqavilə ilə bölgənin iqtisadiyyatı inkişaf edəcək.  

Avropa.info


Oxunma sayı: 9747

Oxşar yazılar