Paşinyan baş qərərgah rəisinə ordunun İrəvana yeridilməsi əmri verdi, rədd cavabı aldı - Ermənistanda yeni skandal

  • 12:50 - 15 Dekabr

Ermənistan baş naziri Nikol Paşinyan ordunun baş qərərgah rəisi Onik Qasparyana zəng edərək qoşunların paytaxt İrəvana yeridilməsi üçün hazır vəziyyətə gətirilməsini istəyib. 

Avropa.info xəbər verir ki, bu haqda erməni mətbuatı Ermənistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. 

Erməni mətbuatının yazdığına görə, baş qərərgah rəisi ordunun İrəvansa yeridilməsinin məqsədini soruşub. Paşinyan isə bunun xüsusi obyektlərin qorunması üçün olduğunu deyib. Qasparyan da öz növbəsində baş nazirin bu əmrini rədd edərək, baş qərargah rəisi olduğu müddətdə ordunun daxili siyasi proseslərə qarışmayacağını və İrəvana yeridilməyəcəyini deyib.

İddialara görə, bundan sonra baş qərargah rəisi müdafiə naziri Vaqarşak Arutyunyanla əlaqə saxlayaraq narazılığını bildirib. Arutyunyan bu haqda baş nazir Paşinyanla danışacağına söz verib. 

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı ən ciddi ittiham etirazçılara qarşı ordudan istifadə etməsi idi. 

Avropa.info


Oxunma sayı: 5127

Oxşar yazılar