Şimali Kipr Türk Cümhuriyyətindən Avropa Birliyi Şurasının qərarına etiraz

  • 17:02 - 14 Dekabr

Şimali Kipr Türk Cümhuriyyətinin Prezident Adminstrasiyası Avropa Birliyi (AB) Şurasının Zirvə toplantısında qəbul etdiyi Şərqi Aralıq dənizi ilə bağlı qərarına münasibət bildirib.

Avropa.info xəbər verir ki, açıqlamda 10-11 dekabr Zirvə toplantısında Avropa Birliyi Şurasının Şərqi Aralıq dənizi ilə bağlı qərarının heç bir halda onların qanuni hüquq və mənafelərini qorumağa davam etmək əzmlərinə təsir etməyəcəyini qeyd edilib. 

Bildirilib ki, AB-nin qəbul etdiyi bu və buna bənzər qərarlarında, Kipr Türk xalqının ona istinad etməməsi qəbuledilməzlik və laqeydlikdir və bəhs edilən açıqlama həqiqətlərlə ziddiyyət təşkil edir.

“Bu israr həm də AB-nin inkişafdan geri qaldığını göstərir. Kipr Türk tərəfi dəfələrlə danışıqların qaldıqları yerdən davam etdirilə bilməyəcəyini və davamlı uzlaşma üçün qarşılıqlı tanınmağı nəzərdə tutan suveren bərabərlik və ikili dövlətçiliyə əsaslanan bir razılaşmaya hazır olduğunu bəyan etdi. Ölkəmizdəki prezident seçkiləri nəticələri də xalqımızın iradəsinin bu istiqamətdə olduğunu açıq şəkildə göstərir. Suveren bərabərliyə və hər iki tərəfin bərabər beynəlxalq statusuna əsaslanan bir razılaşmanın Kipr Türk tərəfinin təklifi, işbirliyinin təməlini atmağa və həm adada həm də bölgədə daimi sabitliyin təmin olunmasına kömək edəcəkdir ”, deyə açıqlamda qeyd olunur.

Açıqlamda o da bildirilib ki, Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyə Şərq Aralıq dənizindəki karbohidrogen qaynaqlarını bölgənin rifahı və davamlı sabitliyi təmin etmək üçün bir fürsət olaraq görür: "Kiprin yunan rəhbərliyi və Yunanistan isə maksialist bir anlayışla Şərqi Aralıq dənizində gərginliyi artıran tərəflər olmuş, xüsusilə, AB-ni də bu mövqelərinə alət etmişdir. 

Maraş məsələsində atdığımız addımlar, qapalı ərazidəki mülklərin qanuni sahiblərinə qaytarılmasını nəzərdə tutur və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qərarlarına uyğundur. Bu istiqamətdə ediləcək müraciətlər, Avropa İnsan Hüquqları Məhkəməsinin təsirli bir daxili hüquqi vasitə olaraq qəbul etdiyi ŞKTC-dəki Daşınmaz Əmlak Komissiyası tərəfindən beynəlxalq hüquqa və insan hüquqlarına uyğun olaraq həll ediləcəkdir.


Oxunma sayı: 3972

Oxşar yazılar