Paşinyan istefa verməyəcəyini açıqladı və erməni müxalifətini ittiham etdi

  • 14:08 - 14 Dekabr

"Statusumdan yalnız xalqın iradəsi əsasında imtina edə bilərəm və belə bir iradə olmadığı müddətcə baş nazir postunda qalacağam".

Avropa.info xəbər verir ki, bunu Ermənistan baş naziri Nokol Paşinyan facebook hesabından etdiyi canlı yayında deyib. 

Paşinyan, onun istefasını tələb edən Ermənistan müxalifətinə mesaj verib.

"Ölkədə müəyyən proseslər müşahidə olunur, bəzilərinin məqsədi Ermənistan xalqını siyasi proseslərdən kənarda qoymaqdır. Mən özümü ermənilərin qarantı hesab edirəm. Xalqın iradəsini heçə saymaq üçün edilən cəhdlər uğurlu ola bilməz", deyə Paşinyan onun istefasını tələb edən müxalifətə cavab verib.


Oxunma sayı: 2861

Oxşar yazılar