ABŞ-da koronavirusa yoluxanların sayı 16 milyonu keçib

  • 12:20 - 13 Dekabr

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 16 milyonu keçib.

APA xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, ölkədə koronavirus infeksiyasına yoluxma hallarının sayı 16 014 839-a çatıb.

ABŞ-da bu günədək COVID-19 qurbanlarının sayı 296 977 nəfər təşkil edir. Bu müddət ərzində, həmçinin 6,1 milyondan çox insan sağalıb.


Oxunma sayı: 2960

Oxşar yazılar