Ermənistanda daha bir keçmiş nazir həbs olundu

  • 01:31 - 13 Dekabr

Ermənistanın keçmiş təbiəti mühafizə naziri Vardan Ayvazyan həbs olunub.

Avropa.info xəbər verir ki, bu haqda erməni mediasına keçmiş nazirin vəkili Miqran Poqosyan məlumat verib. 

Vəkil, keçmiş nazirə qarşı hələlik heç bir rəsmi ittihamın irəli sürülmədiyini deyib. Lakin vəkil istisna etmir ki, Vardan Ayvazyan dekabrın 9-dan 10-a keçən gecə etiraz aksiyaları təşkil etməkdə şübhəli bilinir.

Qeyd edək ki, bundan öncə Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş nazir Vardan Ayvazyanın mənzilində axtarış aparmışdı.


Oxunma sayı: 3114

Oxşar yazılar