"Türkmənistan ən qısa zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olmalıdır" - Ərdoğandan rəsmi Aşqabada çağırış

  • 13:09 - 12 Dekabr

"Qardaş Türkmənistan ilə əlaqələrimizi möhkəmləndirməyə qərarlıyıq. Türkmənistan ən qısa zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olmalıdır".

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Türkmənistanın mütəqilliyini tanıyan ilk ölkənin Türkiyə olduğunu xatırladan Ərdoğan, Ankaranın Aşqabada dəstəyəni davam etdirəcəyini bildirib.

"Qarşılıqlı hörmət, iş birliyi və mənfəətlər üzərində qurulmuş bu münasibətlər, siyasi, ticari, mədəni müstəvidə daam etməkdədir. Türkmənistlanla Türkiyə arasında 100-dən çox müqavilə imzalanıb. Pandemiyaya baxmayaraq ticarət həcmimiz 2020-ci ilin ilk 9 ayında 18 faiz artmışdır. Türk şirkətləri Türkmənistanın inkişafında böyük rol oynayır. Bu münasibətlər daha da güclənməlidir", deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 6205

Oxşar yazılar