Azərbaycan iqtisadiyyatı 4,3% kiçilib

  • 22:29 - 11 Dekabr

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 64 709,3 milyon manatlıq və yaxud ötən eyni dövrü ilə müqayisədə 4,3 % az ümumi daxili məhsul istehsal olunub.

Avropa.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9%, neft-qaz sektorunda isə 6,5% azalmışdır.

ÜDM istehsalının 34%-i sənaye, 11,3 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2,0 %i informasiya və rabitə, 1,2 %i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7 %i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 %ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 485,7 manata bərabər olub.


Oxunma sayı: 5875

Oxşar yazılar