"Şəhid ailələri və qazilərlə bağlı maliyyə sektorunda ciddi iş gedir" - Elman Rüstəmov

  • 13:06 - 09 Dekabr

“Şəhid ailələri və qazilərlə bağlı məsələ bütün cəmiyyətin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Şəhidlər və qazilər bizim qəhrəmanlarımızdır. Onlarla bağlı ciddi işlər görürük. O cümlədən maliyyə sektorunda bu işlər görülür. Özləri ilə görüşərək lazımi məsələləri həll edəcəyik”, - deyə baş bankir əlavə edib.


Oxunma sayı: 5259

Oxşar yazılar