ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı

  • 19:35 - 04 Dekabr

ABŞ-da koronavirusa yoluxma sayında növbəti rekord qeydə alınıb. 

Son sutka ərzində ABŞ-da 217 664 nəfər virusa yoluxub. 

Bu günədək ölkədə ən yüksək göstərici noyabrın 28-də qeydə alınmış, 205 mindən çox şəxs koronavirusa yoluxmuşdu. 

Ötən gün həmçinin 2 879 nəfər vəfat edib. 

Bu günədək ABŞ-da koronavirusa yoluxanların sayı 14,5 milyon nəfəri keçib, 282 mindən çox şəxs vəfat edib.


Oxunma sayı: 3829

Oxşar yazılar